Gürcüstanın xarici işlər naziri Bakı-Tbilisi-Qars layihəsinin vaxtında reallaşmasını vacib hesab edir

Gürcüstanın xarici işlər naziri Bakı-Tbilisi-Qars layihəsinin vaxtında reallaşmasını vacib hesab edir Türkiyə və Gürcüstan Strateji Əməkdaşlıq Şurasını yaradırlar
Region
10 Dekabr , 2014 12:42
Gürcüstanın xarici işlər naziri Bakı-Tbilisi-Qars layihəsinin vaxtında reallaşmasını vacib hesab edir

Bakı. 10 dekabr. REPORT.AZ/ "Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlığı üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilis-Qars və Bakı-Tbilisi-Ərzurum, eləcə də TANAP kimi mühüm layihələr mövcuddur".

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə brifinqdə  bildirib. 

Onun sözlərinə görə, üç ölkə birlikdə bu layihələrin həyata keçirilməsi üzərində işləyir. O, həmçinin Gürcüstanla münasibətlərin vacibliyini vurğulayıb, eləcə də bildirib ki, iki ölkə Strateji Əməkdaşlıq Şurasını yaradır. M.Çavuşoğlu Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. 

Öz növbəsində, T.Beruçaşvili Türkiyəyə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, Xəzər regionundan Avropaya qazın nəqli üzrə "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin vaxtında reallaşmasının vacibliyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi