Yuxarı
    Bağlamaq

    Gürcüstan XİN rəhbəri və NATO baş katibi ölkənin alyansa üzvlük məsələsini müzakirə ediblər

    NATO baş katibi ilə görüşdə tərəflər Gürcüstanın alyansa inteqrasiya siyasətini müzakirə ediblər

    Bakı. 26 fevral. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Brüsseldə NATO-nun qərargahında alyansın baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir. 

    "NATO baş katibi ilə görüşdə tərəflər Gürcüstanın alyansa inteqrasiya siyasətini, o cümlədən Uelsdəki sammitdə qəbul edilən qərarların həyata keçirilməsi məsələlərini müzakirə ediblər", - Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

    Qeyd edək ki, 2014-cü il sentyabrın 4-5-də Uelsdə keçirilən sammit zamanı Gürcüstana alyansa üzv olmaq üçün göstərdiyi səylərə yardım məqsədilə tədbirlər paketi təsdiq edilib. Həmin paket çərçivəsində Gürcüstanda alyans və NATO tərəfdaş ölkələrin hərbçilərinin hazırlıq keçəcəyi təlim mərkəzinin yaradılması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi