Gürcüstan XİN Avropa İttifaqına daxil olmaqla bağlı planı təqdim edilib

Gürcüstan XİN Avropa İttifaqına daxil olmaqla bağlı planı təqdim edilib Plana altı maddə daxildir
Region
27 Mart , 2017 16:29
Gürcüstan XİN Avropa İttifaqına daxil olmaqla bağlı planı təqdim edilib

Bakı. 27 mart. REPORT.AZ/ Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı planı təqdim edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, plana altı maddə daxildir.

Sənəd Aİ ilə assosiativ saziş çərçivəsində institusional və qanunvericilik islahatlarının uğurla həyata keçirilməsini; Avropa İttifaqının ixtisaslaşdırılmış orqanları ilə maksimum inteqrasiyanı; Gürcüstanın Aİ proqramlarında iştirakının səmərəliliyinin artırılmasını; Avropa İttifaqının qurumları ilə danışıqlar mərhələsindən əməkdaşlıq mərhələsinə keçidi; müdafiə və təhlükəsizlik sahəsində dialoqun dərinləşdirilməsini; Avropa İttifaqının daxili bazarı ilə nəqliyyat, enerji, kommunikasiya inteqrasiyası anlamı daşıyan fiziki inteqrasiyanın həyata keçirilməsini özündə ehtiva edir. 

Son xəbərlər

Orphus sistemi