Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır

Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır Gürcüstanın Xarici İşlər Nazirliyində ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmələr aparılır.
Region
25 May , 2020 12:33
Gürcüstan XİN-də Ukraynadakı səfirlə məsləhətləşmələr aparılır

Gürcüstanın Xarici İşlər Nazirliyində ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmələr aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, məsləhətləşmələr zamanı yeni reallıqda Gürcüstan-Ukrayna münasibətlərinə dair məsələlər müzakirə olunacaq.

T.Şaraşenidze bildirib ki, Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı iki ölkə arasındakı münasibətləri gərginləşdirməyəcək.

Qeyd edək ki, mayın 8-də M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bundan sonra Gürcüstan bu ölkədəki səfirini məsləhətləşmələr üçün Tbilisiyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi