​Gürcüstan XİN: Bakı-Supsa boru kəmərinin iki hissəsi mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir

​Gürcüstan XİN: Bakı-Supsa boru kəmərinin iki hissəsi mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir "Bu məsələni biz Rusiya Federasiyası qarşısında kəskin şəkildə qaldıracayıq"
Region
13 İyul , 2015 15:16
​Gürcüstan XİN: Bakı-Supsa boru kəmərinin iki hissəsi mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir

Bakı. 13 İyul. REPORT.AZ/ Bakı-Supsa boru kəmərinin iki hissəsi ( təxminən 1.6 km) mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir. Tsitelubani kəndi yaxınlığında quraşdırılan banner boru kəmərinin ikinci seqmentindən 50 m. aralıda yerləşir. "Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan xarici işlər nazirinin müavini Gigi Gigiadze bu gün açıqlama verib.

O, məsələ ilə bağlı narahatlığını ifadə edərək, bu barədə beynəlxalq ictimaiyyətə məlumat veriləcəyini deyib: "Biz diplomatik korpusu dəvət edib, onlara ətraflı məlumat verəcəyik, onlar isə öz növbəsində, bu barədə öz hökümətlərini məlumatlandıracaqlar. Bu məsələni biz Rusiya Federasiyası qarşısında kəskin şəkildə qaldıracayıq", - xarici işlər nazirinin müavini bildirib.

"Biz həmçinin xaricdəki diplomatik nümayəndəliklərimizin əməkdaşlarını da bu məsələyə cəlb edəcəyik və onların vasitəsilə həmin ölkələrə obyektiv məlumatların ötürülməsinə nail olacayıq ", - Gigiadze deyib.  

Son xəbərlər

Orphus sistemi