Gürcüstan XİN Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bəyanatına kəskin etiraz bildirib

Gürcüstan XİN Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bəyanatına kəskin etiraz bildirib Aİ səfiri Gürcüstan XİN-ə çağırılıb
Region
17 May , 2017 16:31
Gürcüstan XİN Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bəyanatına kəskin etiraz bildirib

Bakı. 17 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcustandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberin qondarma Cənubi Osetiyanın "prezidenti" Anatoliy Bibilovla görüşü zamanı səsləndirdiyi bəyanat Gürcüstanda kəskin etirazla qarşılanıb. 

“Report”un Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri David Dondua bildirib.

"Avropa İttifaqının xüsusi nümayəndəsi və Cenevrə müzakirələrinin həmsədrindən eşidilən söz, yumşaq desək, qəbuledilməz və anlaşılmazdır”, - D.Dondua H.Zalberin bəyanatını şərh edərkən bildirib.

David Donduanın sözlərinə görə, Avropa İttifaqı dəfələrlə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, həmçinin işğal olunmuş ərazilərdə baş verən təxribatçı hərəkətləri pisləyib: "Bu, beynəlxalq hüququn prinsiplərinə ziddir və münaqişənin dinc yolla həllinə yönələn Gürcüstanın və beynəlxalq ictimaiyyətin səylərinə mane olur. Biz Aİ-nin rəhbərliyi ilə təmasdayıq və Brüsseldən müvafiq reaksiya gözləyirik."

Aİ-nin xüsusi nümayəndəsi Herbert Salberin bəyanatı ilə əlaqədar Avropa İttifaqının Gürcüstandakı səfiri Yanoş Herman Gürcüstan XİN-ə çağırılıb.

Son xəbərlər

Orphus sistemi