Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edir.
Region
21 Fevral , 2020 21:52
Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edir.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər Çində yaşayan, çalışan və təhsil alanlardır.

Gürcüstan vətəndaşları müxtəlif səbəblərə görə hələ də Çini tərk edə bilməyiblər. Onlar bir neçə saat sonra təyyarə ilə vətənə çatdırılacaqlar.

Təxliyə olunan şəxslər iki həftə ərzində Saçxere rayonunda yerləşən hotellərdən birində karantində saxlanılacaqlar.   

Son xəbərlər

Orphus sistemi