Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və Xəzər Dənizinin enerji resurlarının daşınması kimi məsələlər də müzakirə edilib
Region
12 Dekabr , 2015 22:26
Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tiflis-Qars layihəsini müzakirə ediblər

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan Türkmənistanda Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.

"Report"-un Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iki ölkənin hökümət nümayəndələrinin də iştirak etdiyi görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional təhlükəsizlik müzakirə olunub. Dövlət başçıları Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və Xəzər Dənizinin enerji resurlarının daşınması kimi məsələlərə də toxunublar.

Qeyd edək ki, Türkmənistanın tərəfsiz dövlət statusunu əldə etməsinin 20 illiyi ilə bağlı Aşxabadda bir sıra tədbirlər keçirilir.

Son xəbərlər

Orphus sistemi