Gürcüstan və Rumıniyanın baş nazirləri Xəzər-Qara dəniz nəqliyyat dəhlizini müzakirə ediblər

Gürcüstan və Rumıniyanın baş nazirləri Xəzər-Qara dəniz nəqliyyat dəhlizini müzakirə ediblər Rumıniyanın Baş naziri Viorika Dançila Buxarestdə gürcü həmkarı Mamuka Baxtadze ilə görüşüb.
Region
15 Aprel , 2019 16:33
Gürcüstan və Rumıniyanın baş nazirləri Xəzər-Qara dəniz nəqliyyat dəhlizini müzakirə ediblər

Rumıniyanın Baş naziri Viorika Dançila Buxarestdə gürcü həmkarı Mamuka Baxtadze ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən brifinqdə M.Baxtadze bildirib ki, rəsmi Tbilisi Rumıniya ilə münasibətlərin strateji səviyyəyə yüksəldilməsinin tərəfdarıdır. 

Geniş tərkibdə baş tutan görüşdə Xəzər dənizi–Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti müzakirə olunub. Bu kontekstdə Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistanın xarici işlər nazirlərinin mart ayında Buxarestdə imzaladığı siyasi sənəd yüksək qiymətləndirilib.

M.Baxtadze beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasının onun üçün xüsusi önəm daşıdığını bildirib. O, “Gürcüstan Dəmir Yolları” SC-yə rəhbərlik etdiyi dövrdə bu dəhlizin yaradılması ilə bağlı təşəbbüskarlardan biri olduğunu qeyd edib.

V.Dançila, öz növbəsində, M.Baxtadzeyə Xəzər dənizi–Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Görüşdə həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası istiqamətində əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən islahatlar, “Şərq Tərəfdaşlığı” proqramı və digər qarşılıqlı maraq doğuran məsələlərə də toxunulub. 

Son xəbərlər

Orphus sistemi