Gürcüstan və Ermənistanın müdafiə nazirləri sənəd imzaladı

Gürcüstan və Ermənistanın müdafiə nazirləri sənəd imzaladı Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfər edib.
Region
27 Fevral , 2020 20:12
Gürcüstan və Ermənistanın müdafiə nazirləri sənəd imzaladı

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir səfər çərçivəsində ermənistanlı həmkarı David Tonoyanla görüşüb.

Tərəflər bölgədə sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İ.Qaribaşvili ermənistanlı həmkarına Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşün sonunda nazirlər Gürcüstan və Ermənistan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq haqqında plan imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi