Yuxarı

​Gürcüstan və Ermənistan hərbi əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edib

Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Vaxtanq Kapanadze  Ermənistana səfər edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Vaxtanq Kapanadze erməni həmkarı Yuri Xaçaturovun dəvəti ilə Ermənistana səfər edib.

"Report" "Georgia Online"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər müdafiə sahəsində erməni-gürcü əməkdaşlığının gedişatını və perspektivlərini müzakirə ediblər.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bir neçə razılaşma əldə olunub.

Gürcüstan Ordusunun baş qərargah rəisi, həmçinin Ermənistanın müdafiə naziri Seyran Ohanyan ilə görüşüb.

Görüş zamanı tərəflər hərbi və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq, həmçinin regional təhlükəsizlik sahəsində qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi