Gürcüstanın xarici işlər naziri David Zalkaliani Yerevanda ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın
Görüş Gürcüstanın Baş naziri Giorgi Qaxarianın Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.
Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Əsas diqqət ticari-iqtisadi əlaqələrin və turizm sahəsində əməkdaşlığın inkişafı məsələlərinə ayırılıb.
XİN başçıları həmçinin regional təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.