Yuxarı

​Gürcüstan Ukraynadan Mixail Saakaşvilinin təhvil verilməsini istəyib

Baş Prokurorluq: İki ölkə arasında ekstradisiya sahəsində razılaşmaya baxmayaraq, Ukrayna Gürcüstanla əməkdaşlıq etmir

Bakı.17 fevral. REPORT.AZ/ Gürcüstan Baş Prokurorluğu Ukrayna Baş Prokurorluğuna Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib.

"Report"un xəbərinə görə, bu barədə Gürcüstan Baş Prokurorluğu fevralın 17-də məlumat yayıb.

"Mixail Saakaşviliyə ittiham irəli sürülüb və ölkə daxilində onun barəsində axtarış elan olunub. Baş Prokurorluq Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin saxlanılaraq, Gürcüstana təhvil verilməsi haqda müraciət edib", - məlumatda bildirilib.

İki ölkə arasında ekstradisiya sahəsində razılaşma olmasına baxmayaraq, Ukrayna tərəfi Gürcüstanla əməkdaşlıqdan və Mixail Saakaşvilini təhvili verməkdən imtina edir.

Xatırladaq ki, fevralın 14-də Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə prezident yanında islahatlar üzrə beynəlxalq məsləhət şurasına Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sədr təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi