Yuxarı

Gürcüstan tolerantlığı YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Tbilisi. 19 fevral. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfəri çərçivəsində YUNESCO-nun baş katibi Odri Azulayla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüşdə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi, ölkənin mədəni irs abidələrinin qorunması, qadınların təhsil almaq imkanının yaradılmasının əhəmiyyəti barədə müzakirələr aparılıb.

S.Zurabişvili Gürcüstan tolerantlığının YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış edib.

Dövlət başçısı bildirib ki, Gürcüstanda müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların sülh şəraitində yaşamaq ənənəsi əsrlər boyu davam edir: “Gürcüstanda antisemitizmlə bağlı heç bir hal mövcud deyil. Tolerantlıq bu gün dünyada müəyyən qədər çatışmır. Biz bu ənənəni möhkəmləndirməliyik ki, təqlid üçün nümunə olaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi