Gürcüstan təhlükəsizlik tədbirlərini və sərhəd nəzarətini gücləndirir

Gürcüstan təhlükəsizlik tədbirlərini və sərhəd nəzarətini gücləndirir Təhlükəsizlik və Böhranı İdarəetmə Şurasının iclası keçirilib
Region
18 Noyabr , 2015 16:14
Gürcüstan təhlükəsizlik tədbirlərini və sərhəd nəzarətini gücləndirir

Bakı. 18 noyabr. REPORT.AZ/ Gürcüstan təhlükəsizlik tədbirlərini, eləcə də sərhəd rejiminə və strateji obyektlərə nəzarəti gücləndirir. "Report" xəbər verir ki, bu barədə qərar ölkənin baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik və Böhranı İdarəetmə Şurasının iclasında qəbul olunub.

"İclada dünyada və regionda baş verənlər fonunda ölkədəki təhlükəsizlik məsələləri müzakirə olunub. Şura üzvləri qabaqlayıcı tədbirlərin gücləndirilməsi və əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələsini müzakirə edib. Nəzarət rejiminə və strateji obyektlərə nəzarətin artırılması planlaşdırılıb", - Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi