Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib XİN diplomatik əlaqələrin dayandırılması ilə bağlı Suriyaya nota göndərib
Region
5 İyun , 2018 23:31
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsib

Bakı. 5 iyun. REPORT.AZ/ Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Gürcüstan XİN-i məlumat yayıb.

İdarənin bəyanatında bildirilir ki, "1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib".

Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.

Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub".

"Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında "Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair" sazişin fəaliyyətinə xitam verib. 

Son xəbərlər

Orphus sistemi