Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib Silahlı Qüvvələrin Baş Qərargah rəisi Vaxtanq Kapanadzenin səlahiyyət müddəti başa çatıb
Region
22 Noyabr , 2016 12:57
Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Briqada generalı Vladimir Çaçibaya Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Georgi Merqvelaşvili sərəncam imzalayıb.

Məlumata görə, Silahlı Qüvvələrin əvvəlki Baş Qərargah rəisi Vaxtanq Kapanadzenin səlahiyyət müddəti başa çatıb. Ona görə də dövlət başçısı onu tutduğu vəzifədən azad edib.

V.Kapanadzenin yerinə V.Çaçibaya təyin edilib.

Son xəbərlər

Orphus sistemi