Gürcüstan Rusiyanı genişmiqyaslı kiberhücumda ittiham etdi

Gürcüstan Rusiyanı genişmiqyaslı kiberhücumda ittiham etdi “Ötən ilin oktyabrın 28-də Gürcüstanda genişmiqyaslı kiberhücumu Rusiya həyata keçirib”.
Region
20 Fevral , 2020 17:23
Gürcüstan Rusiyanı genişmiqyaslı kiberhücumda ittiham etdi

“Ötən ilin oktyabrın 28-də Gürcüstanda genişmiqyaslı kiberhücumu Rusiya həyata keçirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Vladimir Konstantinidi keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, kiber hücum Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında planlaşdırılıb: “Gürcüstan tərəfi bunu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq nəticəsində apardığı araşdırma ilə müəyyən edib. Gürcüstanın Prezident Administrasiyası, məhkəmə orqanları, müxtəlif bələdiyyə, dövlət, kommersiya və media təşkilatlarının saytlarına edilən hücum nəticəsində idarəetmə sistemi zədələnib və onların fəaliyyətində çətinliklər yaranıb”.

XİN rəsmisi qeyd edib ki, kiber hücumun məqsədi Gürcüstanın milli təhlükəsizliyini sarsıtmaq, əhaliyə ziyan vurmaq, dövlət və digər qurumların fəaliyyətini pozmaq olub: “Gürcüstan beynəlxalq hüquq və normalara zidd olan kiber hücumu pisləyir və bunu ölkənin suverenliyi və avroatlantik inteqrasiyasına qarşı yönələn pozuntu kimi qiymətləndirir”.

Son xəbərlər

Orphus sistemi