Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqlayıb

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqlayıb Gürcüstanın xüsusi nümayəndəsinin Rusiya xarici işlər nazirinin müaviniilə növbəti görüşü fevralın 7-də Praqada keçiriləcək
Region
30 Yanvar , 2017 15:18
Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası üçün şərtlərini açıqlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Gürcüstan və Rusiya arasında diplomatik əlaqələrin bərpası Abxaziya və Cənubi Osetiyanın qaytarılması məsələsində ciddi irəliləyiş əldə olunmayanadək gündəliyə daxil edilə bilməz."

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

"Bu, birbaşa olaraq Gürcüstanın ərazi bütövlüyü ilə bağlıdır. Bu istiqamətdə, təəssüf ki, heç bir xəbər yoxdur. Bu məsələ müzakirə olunmur və ərazilərin geri qaytarılması ilə əlaqədar prosesdə irəliləyiş olmayana qədər gündəliyə daxil edilə bilməz. Bu kontekstdə əhəmiyyətli irəliləyiş əldə olunarsa, hansısa mərhələdə bu məsələyə baxılacaq. Ancaq indi məsələ müzakirə edilmir. Rusiyalı həmkarlarımız da mövqeyimizi yaxşı bilirlər" - Z.Abaşidze vurğulayıb.

O, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ilə növbəti görüşünün bu il fevralın 7-də Parisdə keçiriləcəyini deyib: "Həmin görüş zamanı tərəflər ticarət-iqtisadi, nəqliyyat məsələləri nəzərdən keçirmək, humanitar mövzuları, eləcə də Rusiya ilə sərhəddə əmtəə dövriyyəsinin monitorinqini aparmaq məsələsini müzakirə etmək niyyətindədirlər."

Son xəbərlər

Orphus sistemi