Gürcüstan Qara dəniz hövzəsində neft yataqlarının kəşfiyyatı ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparır

Gürcüstan Qara dəniz hövzəsində neft yataqlarının kəşfiyyatı ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparır Qoqa Tatişvili: "Danışıqlar başa çatdıqdan sonra birgə lisenziyalı bloklar hazırlanacaq və tender elan olunacaq"
Region
4 İyul , 2017 20:11
Gürcüstan Qara dəniz hövzəsində neft yataqlarının kəşfiyyatı ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparır

Tbilisi. 4 iyul. REPORT.AZ/ Gürcüstan hökuməti Qara dəniz hövzəsində yeni neft yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə əlaqədar beynəlxalq neft-qaz şirkətləri ilə danışıqlar aparır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Energetika Nazirliyi nəzdində Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Qoqa Tatişvili söyləyib.

O deyib ki, hazırda Amerika və Avropadan olan şirkətlərin rəhbərləri, dilerlər ilə ilkin danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra birgə lisenziyalı bloklar hazırlanacaq və tender elan olunacaq.

Bildirilib ki, bir neçə il bundan əvvəl Amerika şirkəti Qara dənizdə yeni neft yataqlarının öyrənilməsi və kəşfiyyat işləri aparıb. Lakin görüləcək işlər üçün tələb olunan maliyyə vəsaiti nəzərdə tutulduğundan çox olduğu və lisenziyanın vaxtı başa çatdığı üçün həmin şirkət Gürcüstan bazarını tərk edib.

Geoloqların fikrincə, ölkənin qərbində və şərqində iki neft mənəbələri Gürcüstana məxsusdur. Hazırda 1500-dən çox müxtəlif tutumlu neft yatağının tapıldığı bildirilir.

Qoqa Tatişvilinin sözlərinə görə, hər il Gürcüstanda 50 min ton neft hasil olunur. Lakin bu neft işlənmədən, xammal kimi xaricə satılır.

Son xəbərlər

Orphus sistemi