Gürcüstan prezidentliyinə müxalif namizəd seçkilərin yekun nəticələrini gözləyəcək

Gürcüstan prezidentliyinə müxalif namizəd seçkilərin yekun nəticələrini gözləyəcək Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.
Region
28 Noyabr , 2018 21:18
Gürcüstan prezidentliyinə müxalif namizəd seçkilərin yekun nəticələrini gözləyəcək

Tbilisi. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Q.Vaşadze ikinci turun yekun nəticələrini gözlədiyini deyib.

O, “exit-poll”un nəticələrinin saat 17:00-a olan məlumatları əks etdirdiyini bildirib: “Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”.

Q.Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb: “Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi”.

VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz növbəsində prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirərək, seçkiləri qeyri-legitim adlandırıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi