Gürcüstan prezidentliyinə müxalif namizəd məğlub olduğunu etiraf edib

Gürcüstan prezidentliyinə müxalif namizəd məğlub olduğunu etiraf edib Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.
Region
28 Oktyabr , 2018 22:47
Gürcüstan prezidentliyinə müxalif namizəd məğlub olduğunu etiraf edib

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.

“Report”un Gürcstan bürosunun verdiyi xəbərə görə, D.Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib.

D.Bakradze prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, Avropalı Gürcüstan Partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.

Avropalı Gürcüstan Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37%, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 34%, David Bakradze isə 10% səs əldə edib

Son xəbərlər

Orphus sistemi