Gürcüstan prezidentinin qaynı 4 il azaqdlıqdan məhrum edilib

Gürcüstan prezidentinin qaynı 4 il azaqdlıqdan məhrum edilib Prezident Georgi Maqrvelaşvili onu 2015-ci ildə əfv edib
Region
24 Aprel , 2017 19:55
Gürcüstan prezidentinin qaynı 4 il azaqdlıqdan məhrum edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin qaynı, ölkənin birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişivili 4 il azadlıqdan məhrum edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Mixail Mqaloblişivili qanunsuz silah gəzdirdiyi üçün həbs olunub.

O, əvvəllər 3 dəfə, o cümlədən qrup halında qətlə cəhddə iştirak etdiyi üçün mühakimə edilib. Prezident Georgi Maqrvelaşvili 2015-ci ildə qaynını əfv edib.

Mixail Mqaloblişivili ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. O, buna görə iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azadlığa buraxılıb. 2009-cu ildə isə yenidən narkotikdən istifadə etdiyi üçün tutulub.

Son xəbərlər

Orphus sistemi