Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb

Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb Bakı. 6 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.
Region
6 Dekabr , 2018 11:26
Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

Bu barədə "Report" "Rustavi2" telekanalına istinadən xəbər verir.

Polis ümumilikdə 2 nəfəri saxlayıb. Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atmağa başlayıblar. M.Qoqoçuri Amaşukeli prospektindəki bu mənzili kirayəyə götürüb.

Xüsusi əməliyyat dünən gecə keçirilib.

M.Qoqoçuri ilk dəfə ictimaiyyətin diqqət mərkəzinə düşmür. O, iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl, 2017-ci ilin yanvarında isə Qoqoçuri güllə yarası alıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatmaqdadır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi