Yuxarı

Gürcüstan Prezidenti Rusiya ilə yüksək səviyyəli siyasi dialoq aparılmasını təklif edib

Gürcüstan Prezidenti Rusiya ilə yüksək səviyyəli siyasi dialoq aparılmasını təklif edib

“Gürcüstandakı münaqişənin həlli üzrə mövcud Cenevrə beynəlxalq danışıqlar formatını yüksək səviyyəli diplomatik və siyasi dialoqa dəyişdirməyə ehtiyac var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün rəsmi “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, münaqişənin həllinə əsasən texniki məsələlərə baxan formatla nail olmaq mümkün deyil.

Qeyd edək ki, S.Zurabişvili martın 14-də Ermənistanda rəsmi səfərdə olarkən Cenevrə beynəlxalq danışıqlar formatını tənqid edib. O bildirib ki, bu format vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmir.

Cenevrə beynəlxalq danışıqlar formatı 2008-ci ildə Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərə son qoyulduqdan sonra yaradılıb. Format çərçivəsində Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 2012-ci ildən etibarən qeyri-rəsmi dialoq aparırlar. Müzakirələr Gürcüstanın işğal altında olan ərazilərində təhlükəsizlik və sabitlik, humanitar vəziyyət və insan haqlarının təmin olunması istiqamətləri üzrə aparılır. Avropa İttifaqı, ATƏT və BMT nümayəndələri danışıqlar formatında həmsədrlər kimi çıxış edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi