​Gürcüstan prezidenti: "NATO ilə əməkdaşlığımız Rusiyaya qarşı yönəlməyib"

​Gürcüstan prezidenti: "NATO ilə əməkdaşlığımız Rusiyaya qarşı yönəlməyib" Georgi Merqvelaşvili: "Ölkəmizin ərazi bütövlüyü əsasında Rusiya ilə mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış edirik"
Region
10 İyul , 2016 16:34
​Gürcüstan prezidenti: NATO ilə əməkdaşlığımız Rusiyaya qarşı yönəlməyib

Bakı. 10 iyul. REPORT.AZ/ "Gürcüstanın NATO ilə əməkdaşlığı Rusiya üçün heç bir təhlükə doğurmur".

"Report" TASSa istinadən xəbər verir ki, bunu Gürücstan prezidenti Georgi Merqvelaşvili NATO-nun Varşavada keçirilən sammitindən sonra Tbilisinin "İmedi" telekanalında bildirib.

Onun sözlərinə görə, ölkəsinin alyansla əməkdaşlığı hər hansı dövlətə qarşı deyil, Rusiyanın cənub sərhədində stabilliyin daha yaxşı təmin olunması üçün regionun sabitliyinə yönəlib.

"Rəsmi Tbilisi Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ölkəmizin ərazi bütövlüyü əsasında Rusiya ilə mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış edir", - deyə o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi