Gürcüstan prezidenti Kvirikaşvilinin baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb

Gürcüstan prezidenti Kvirikaşvilinin baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb Hökumətin yeni tərkibində yalnız kiçik dəyişikliklər edilib
Region
30 Dekabr , 2015 11:38
Gürcüstan prezidenti Kvirikaşvilinin baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumətin yeni tərkibində yalnız kiçik dəyişikliklər edilib. Belə ki, Mixail Canelidze xarici işlər naziri, baş nazirin müavini isə iqtisadiyyat naziri Dmitri Kumsişvili olub.

Xatırladaq ki, dekabrın 23-də Gürcüstanın artıq sabiq baş naziri İrakli Qaribaşvili tutduğu postdan istefa vermişdi. O, bu addımı "Gürcü arzusu" partiyasının seçki qərargahına diqqət ayıracağı ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi