​Gürcüstan prezidenti hökumətə müxaliflik etməkdə günahlandırılıb

​Gürcüstan prezidenti hökumətə müxaliflik etməkdə günahlandırılıb Bidzina İvanişvili: "Bütün davranışları, iddiaları sübut edir ki, o, öz komandasına qarşı müxaliflik edir"
Region
6 Aprel , 2015 15:10
​Gürcüstan prezidenti hökumətə müxaliflik etməkdə günahlandırılıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Georgi Marqvelaşvili prezident seçiləndən iki gün sonra komandasına qarşı çıxdı".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri, milyader Bidzina İvanişvili deyib.

O, ölkə prezidenti Georgi Marqvelaşvilini hökumətə müxalif olmaqda suçlayıb.

"Bütün davranışları, iddiaları sübut edir ki, o, öz komandasına qarşı müxaliflik edir", - keçmiş baş nazir vurğulayıb.

İvanişvili dövlət başçısının ünvanına dəfələrlə tənqidi fikirlər söləyib. Keçmiş baş nazir prezidenti parlament və hökumətlə rəqabət aparmaqda, bununla da onların normal fəaliyyətinə mane olmaqda qınayıb. 

Son xəbərlər

Orphus sistemi