Bakı. 19 noyabr. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Giorgi Kvirkaşvilinin baş nazirliyə namizədliyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Onun namizədliyini “Gürcü arzusu” Partiyası irəli sürüb.
Xatırladaq ki, bu il oktyabrın 8-də keçirilən parlament seçkilərində “Gürcü arzusu” Partiyası 150 yerdən 115-ni qazanaraq, qalib gəlib. Yeni seçilən parlament ötən gün işə başlayıb.