Gürcüstan prezidenti Azərbaycan filmlərində çəkilən aktrisanı ordenlə təltif edib

Gürcüstan prezidenti Azərbaycan filmlərində çəkilən aktrisanı ordenlə təltif edib Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xalq artisti Ariadna Şengelayanı Şərəf ordeni ilə təltif edib.
Region
15 Yanvar , 2020 15:57
Gürcüstan prezidenti Azərbaycan filmlərində çəkilən aktrisanı ordenlə təltif edib

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xalq artisti Ariadna Şengelayanı "Şərəf" ordeni ilə təltif edib.

"Report"un yerli bürosu xəbər verir ki, kinoaktrisaya mükafat onun 83 illiyinə həsr olunan tədbirdə təqdim olunub.

A.Şengelaya bu mükafata Gürcüstanın kino sənətinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, aktrisa yanvarın 13-də 83 yaşını qeyd edib. Həmin gün Tbilisidə Rustaveli kinoteatrının qarşısında onun adına ulduz açılıb.

A.Şengelaya Azərbaycanın "Romeo mənim qonşumdur" filmində Nona, "Bizi bağışlayın" filmində Klara, "Ən vacib müsahibə" filmində isə Səidə rollarında çəkilib.

Son xəbərlər

Orphus sistemi