​Gürcüstan prezidenti aprelin 24-də Yerevana getməyəcək

​Gürcüstan prezidenti aprelin 24-də Yerevana getməyəcək Baş nazir İrakli Qaribaşvilinin aprelin 23-24-də Ermənistana səfər edəcəyi də təsdiqlənməyib
Region
21 Aprel , 2015 13:53
​Gürcüstan prezidenti aprelin 24-də Yerevana getməyəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Merqvelaşvili aprelin 24-də Yerevanda keçiriləcək qondarma erməni "soyqırımı"nın 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etməyəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tengiz Pxaladze bildirib.

O, bunu həmin günlərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanda rəsmi səfərdə olacağı ilə əlaqələndirib. Bu səbəbdən də Georgi Merqvelaşvili Tibilisini tərk etməyəcək. 

Bir müddət öncə Gürcüstan hökumətinin nümayəndələri də baş nazir İrakli Qaribaşvilinin aprelin 23-24-də Yerevana səfər edəcəyini təsdiqləməmişdi.

Gürcüstan parlamenti də 1915-ci il hadisələri ilə bağlı məsələyə baxmaqdan imtina edib.  

Son xəbərlər

Orphus sistemi