Gürcüstan patriarxlığının mülki işlər üzrə xidmət idarəsinin başçısı həbs edilib

Gürcüstan patriarxlığının mülki işlər üzrə xidmət idarəsinin başçısı həbs edilib Patriarxlıq ətrafında qalmaqal böyüməkdədir
Region
13 Fevral , 2017 10:04
Gürcüstan patriarxlığının mülki işlər üzrə xidmət idarəsinin başçısı həbs edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Gürcüstan Patriarxlığı mülki işlər üzrə xidmət idarəsinin başçısı, Müqəddəs İoakim və Anna tibbi mərkəzinin direktoru Georgi Ata (Georgi Mamaladze) həbs edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o,Tbilisi Beynəlxalq Hava limanında təyyarəyə minərkən həbs edilib.

Onun həbsini ölkənin Daxili İşlər Nazirliyində təsdiqləməsələr də, Tbilisi şəhər məhkəməsi faktın doğruluğunu təsdiqləyib. Gürcüstanın Baş Prokurorluğu isə informasiya verməyib.

Başqa bir məlumata görə, Georgi Mamaladzeni Berlində həbs ediblər.

Gürcüstan patriarxlığının ətrafında qalmaqal böyüməkdədir.

Qeyd edək ki, bütün Gürcüstanın katalikos-patriarxı II İlya fevralın 13-də Almaniyada cərrahiyyə əməliyyatı olunacaq. Ona mədəaltı vəzin iltihabı diaqnozu qoyulub.

Xatırladaq ki, II İlya, dünyəvi adı İrakli Gerogiyeviç Quduşauri-Şiolaşvili 1933-cü il yanvarın 4-də Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində anadan olub. 1977-ci il dekabrın 23-dən isə bütün Gürcüstanın katalikosu-patriarxıdır.

Son xəbərlər

Orphus sistemi