Gürcüstan Patriarxlığı hökuməti etirazçıları azad etməyə çağırıb

Gürcüstan Patriarxlığı hökuməti etirazçıları azad etməyə çağırıb Gürcüstan Patriarxlığı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı saxlanılan etirazçıların azad olunması xahişi ilə hökumətə müraciət edib.
Region
25 İyun , 2019 16:58
Gürcüstan Patriarxlığı hökuməti etirazçıları azad etməyə çağırıb

Gürcüstan Patriarxlığı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı saxlanılan etirazçıların azad olunması xahişi ilə hökumətə müraciət edib.

“Report”un yerli bürosu xəbər verir ki, patriarxlıq Tbilisidə baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.

Patriarxlıq hakimiyyəti saxlanılan və hələ də həbsdə olan şəxslərə qanunun imkan verdiyi çərçivəsində maksimum humanistlik nümayiş etdirməyə çağırıb.

Patriarxlıq həmçinin hökuməti və bank sahiblərini kreditorlar, turizm sektorunda çalışanların vəziyyətini maksimum yüngülləşdirməyə çağırıb.

Bununla yanaşı, qurum inanclıları bu il istirahətlərini Gürcüstanda keçirməyə çağırıb.

Qeyd edək ki, Tbilisidə etirazlar zamanı 305 nəfər saxlanılıb. Onların 41-i artıq azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi