Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclasında hökumətin “Qazprom”la razılaşması tənqid olunub

Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclasında hökumətin “Qazprom”la razılaşması tənqid olunub Bu gün Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclası keçirilib
Region
8 Fevral , 2017 16:21
Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclasında hökumətin “Qazprom”la razılaşması tənqid olunub

Tbilisi. 8 fevral. REPORT.AZ/ Gürcüstan parlamentinin fevralın 8-də keçirilən yaz sessiyasının ilk iclasında deputatlar hökumətin “Qazprom”la razılaşmasını tənqid ediblər.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Milli Hərəkat Partiyasının üzvü Tinatin Bokuçala çıxış edərək deyib ki, Rusiya qazının Ermənistana Gürcüstan ərazisindən nəqli ilə bağlı tranzit haqqının ödənişinin dəyişməsi barədə hökumətin “Qazprom”la razılaşması gürcü xalqının mənafelərinə xidmət etmir. Hökumət “Qazprom”la danışıqların detallarını açıqlamalı, ictimaiyyəti məlumatlandırmalıdır. Energetika naziri Kaxa Kaladze parlamentdə bu məsələyə aydınlıq gətirməlidir.

Qeyd edək ki, fevralın 8-də Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclası keçirilib.

Parlamentin sədri İrakli Kobaxidze deputatları sessiyanın iş planı ilə tanış edib.

İlk iclasda parlamentin komitə sədri Manana Kobaxidzenin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçilməsi, ölkə prezidentinin “Ümumi məhkəmələr haqqında”, qanunla bağlı iradlarının motivləri, “Notariat haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər, eləcə də, uşaqların övladlığa götürülməsi, qəyyumluqla bağlı qanunlar paketinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi