Yuxarı
    Bağlamaq

    Gürcüstan parlamentinin xərcləri 2 milyon lari azaldıla bilər

    Hazırda məsələ ilə bağlı hökumətlə məsləhətləşmələr aparılır

    Tbilisi. 21 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin xərcləri 2 milyon lari, təqribən 710 min ABŞ dolları azaldıla bilər.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, belə bir təkliflə ölkə parlamentinin sədri İrakli Kobaxidze çıxış edib. O, qanunverici orqanın xərclərinin 2 milyon ları azaldılmasını, bu yolla dövlət büdcəsinə qənaət olunmasını təklif edib.

    Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı hökumətlə məsləhətləşmələr aparılır.

    Gürcüstan parlamentinin azərbaycanlı üzvü Mahir Dərziyev "Report"a bildirib ki, 2017-ci ildə qanunverici orqanın büdcəsi 58.031.7 lari təsdiq olunub: “Parlamentin sədri xərclərin 2 milyon lari azaldılmasını təklif edib. Lakin bu məsələ parlamentin qərarı ilə həll olunmalıdır. Ölkə konstitusiyasına görə, parlamentin xərclərinin əvvəlki ilə nisbətən azaldılması qanunverici orqanın özünün razılığı ilə olmalıdır. Bu məsələyə də növbədənkənar iclasda baxılacaq”.

    M.Dərziyev iclasda xərclərin azaldılması ilə bağlı parlament sədrinin təklifinin qəbul olunacağını istisna etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi