Gürcüstan parlamentinin Tbilisiyə tam köçürülməsi prosesi yubanır

Gürcüstan parlamentinin Tbilisiyə tam köçürülməsi prosesi yubanır Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin plenar iclasları əvvəllər olduğu kimi, Kutaisi şəhərində keçiriləcək.
Region
20 Dekabr , 2018 16:01
Gürcüstan parlamentinin Tbilisiyə tam köçürülməsi prosesi yubanır
0 : 00
0 : 00

Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin plenar iclasları əvvəllər olduğu kimi, Kutaisi şəhərində keçiriləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qərar qanunverici orqanın büro iclasında qəbul olunub.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın Tbilisidəki binasının plenar iclasların keçirilməsinə hazır olmadığı məlum olub: “İstənilən halda iclaslar Kutaisidə keçirilməlidir, belə ki, Tbilisidə infrastruktur hələ qurulmayıb”.

Qeyd edək ki, qonşu ölkədə bu ilin dekabrın 16-da qüvvəyə minmiş yeni Konstitusiya ilə parlamentin yerləşdiyi yer dəyişdirilib. Ali qanunda 2019-cu ilin yanvar ayından etibarən qanunverici orqanın yerləşdiyi yer Tbilisi şəhəri göstərilib.

Parlamentin Kutaisi şəhərindəki binasında regional polis habının yaradılması planlaşdırılır.

Gürcüstan parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərir. 2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilir.

Son xəbərlər

Orphus sistemi