Gürcüstan parlamentinin sədri: Polis narkotik alverçilərinin tutulmasında səlahiyyətli idi

Gürcüstan parlamentinin sədri: Polis narkotik alverçilərinin tutulmasında səlahiyyətli idi Bakı. 13 may. REPORT.AZ/ Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkə polisinin narkotik alverçilərinin tutulması ilə bağlı hərəkətlərini səlahiyyətli adlandırıb.
Region
13 May , 2018 01:28
Gürcüstan parlamentinin sədri: Polis narkotik alverçilərinin tutulmasında səlahiyyətli idi

Bakı. 13 may. REPORT.AZ/ Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkə polisinin narkotik alverçilərinin tutulması ilə bağlı hərəkətlərini səlahiyyətli adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Tbilisinin "Imedi" televiziya şirkətinin birbaşa yayımında bildirib.

"Narkotik alverçilərinin tutulması üzrə xüsusi əməliyyatın keçirilməsi tamamilə səlahiyyətli xarakteri daşıyırdı", - deyə Kobaxidze bildirib. "Xüsusi əməliyyatın gedişatında heç kim zərər çəkməyib. Bizdə olan məlumatlara görə, polis düzgün hərəkət edib", - deyə o qeyd edib.

Qeyd edək ki, bu, Gürcüstan hökuməti üzvünün ölkə polisinin Tbilisidə gecə klublarında keçirdiyi xüsusi əməliyyatla bağlı ilk rəsmi açıqlamasıdır.

Gürcüstan polisi dünən gecə paytaxtdakı "Qalleri" və "Bassiani" gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb. Tbilisidə yüzlərlə insan buna etiraz olaraq aksiya keçirir.

Son xəbərlər

Orphus sistemi