Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Bir qrup vətəndaş Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında aksiya keçirir.
Region
26 Oktyabr , 2018 20:17
Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir

Tbilisi. 26 oktyabr. REPORT.AZ/ Bir qrup vətəndaş Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında aksiya keçirir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları bu gün polis tərəfindən saxlanılan Zaza Saralidzenin azadlığa buraxılmasını tələb edirlər.

“Zazanı azad edin!” şüarı altında keçirilən aksiyada bir neçə gənc parlament qarşısındakı çadıra daxil olaraq Z.Saralidzenin saxlanılmasına etirazlarını bildiriblər.

Aksiyada Malxaz Maçalikaşvili, gənclər və ictimai fəallar iştirak edirlər. Qirçi Partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze də etirazçılara qoşulub.

Etirazçılar aksiyanı Z.Saralidze azadlığıa buraxılmayanadək davam etdirəcəklərini bildiriblər.

Artıq Z.Saralidze ilə birgə saxlanılan iki nəfər azadlığa buraxılıb. Onlar da aksiyaya qoşulublar.

Qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb. O, səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.

Son xəbərlər

Orphus sistemi