Gürcüstan parlamentinin komitə sədri deputat mandatından imtina edib

Gürcüstan parlamentinin komitə sədri deputat mandatından imtina edib Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava deputat mandatından imtina edib.
Region
16 Noyabr , 2019 16:07
Gürcüstan parlamentinin komitə sədri deputat mandatından imtina edib

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava deputat mandatından imtina edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

S.Katsarava qəbul etdiyi qərarın onun üçün çətin olduğunu qeyd edib: “Fikrimcə, parlament mandatından imtina etmək yeganə düzgün qərardır. Komanda üzrə keçmiş yoldaşlarımın hər birinə təşəkkür edirəm və böyük uğurlar arzu edirəm”. 

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin qəbul olunmamasından sonra S.Katsarava və bir neçə deputat hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk edib.

Son xəbərlər

Orphus sistemi