Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb

Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.
Region
19 Noyabr , 2019 15:16
Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb

Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.

“Report”un yerli bürosu xəbər verir, qıfılı qapıya müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının (VMHP) parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze bağlayıb.

Deputat bildirib ki, bu yolla təmsil etdiyi partiya parlamentin fəaliyyətinə siyasi boykot elan edir.

Onun sözlərinə görə, VMHP-in proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası ilə bağlı tələbləri qüvvədə qalır. 

Son xəbərlər

Orphus sistemi