Gürcüstan parlamentinə proporsional sistem üzrə seçilmiş deputatlar narkoloji testdən keçib

Gürcüstan parlamentinə proporsional sistem üzrə seçilmiş deputatlar narkoloji testdən keçib Arayışlarda 77 deputatın heç birinin narkotik maddə qəbul etmədiyi göstərilib
Region
22 Oktyabr , 2016 17:10
Gürcüstan parlamentinə proporsional sistem üzrə seçilmiş deputatlar narkoloji testdən keçib

Tbilisi. 22 oktyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin deputatları narkoloji dispanserdə yoxlamadan keçiblər.

Gürcüstan MSK-nın mətbuat katibi Anna Mikeladze “Report”un Gürcüstan bürosuna bildirib ki, qanunvericiliyə uyğun olaraq proporsional sistem üzrə parlamentin deputatı seçilmiş şəxslər seçkilərdən sonra iki həftə ərzində narkoloji testdən keçməlidirlər: "Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional sistem üzrə mandat qazanmış 77 deputat narkoloji dispanserdə analiz veriblər. Müvafiq tibb mərkəzi onları yoxladıqdan sonra MSK-ya arayış təqdim edib. Həmin arayışlarda 77 deputatın heç birinin narkotik maddə qəbul etmədiyi göstərilib".

Onun sözlərinə görə, seçki subyektləri - siyasi partiyalar, seçici blokları öz namizədlərinin sağlamlığı haqqında məlumatları MSK-ya təqdim ediblər: "Qanuna əsasən, majoritar qaydada seçiləcək deputatlar isə narkoloji testin nəticələri barədə arayışı namizədlikləri qeydə alınarkən təqdim etməlidirlər. Əgər onlar belə bir arayış təqdim etməyiblərsə, seçkilərdən sonra mütləq şəkildə tibb müəssisələrində yoxlamadan keçəcəklər".

Son xəbərlər

Orphus sistemi