Gürcüstan parlamentində Tbilisidəki son hadisələr müzakirə olunacaq

Gürcüstan parlamentində Tbilisidəki son hadisələr müzakirə olunacaq Gürcüstanın paytaxtı Tbilisidə son günlər baş verən hadisələr parlament formatında müzakirəyə çıxarılacaq.
Region
27 İyun , 2019 13:34
Gürcüstan parlamentində Tbilisidəki son hadisələr müzakirə olunacaq

Gürcüstanın paytaxtı Tbilisidə son günlər baş verən hadisələr parlament formatında müzakirəyə çıxarılacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze büro iclasında bildirib.

Onun sözlərinə görə, parlament formatının razılaşdırılması üçün məsləhətləşmələr aparılacaq: "Həm parlament çoxluğu, həm də müxalifətin baş verən cari prosesləri müzakirə etmək, debat aparmaq və müvafiq nazirləri dinləmək imkanı olacaq".

Son xəbərlər

Orphus sistemi