Gürcüstan parlamenti yeni hökümətə etimad göstərdi

Gürcüstan parlamenti yeni hökümətə etimad göstərdi Nazirlər kabinetinin yeni tərkibinə 87 deputat dəstək verib, 38 nəfər isə "əleyhinə" səs veriblər.
Region
9 May , 2015 05:05
Gürcüstan parlamenti yeni hökümətə etimad göstərdi

Bakı. 9 May. REPORT.AZ/ Kutaisi şəhərində növbədənkənar iclasa toplaşan Gürcüstanın parlamentinin üzvləri ölkənun yeni hökümətinə etimad göstəriblər.

"Report"un RİA "Nosovti" agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər kabinetinin yeni tərkibinə 87 deputat dəstək, 38 nəfər isə "əleyhinə" səs verib.

Səsvermədən sonra çıxış edən parlament sədri David Usupaşvili deyib: "87 səslə yeni hökümət parlamentin etimadını qazandı. Müvafiq sənədi imzalıyıram və nazirləri təbrik edirəm".

Qeyd edək ki, İrakli Qaribaşvilinin başçılıq etdiyi hökümətin daxilində ciddi fikir ayrılığı mövcuddu. Belə ki, aprelin 29-da Nazirlər kabinetinin sayca 7-ci üzvü - İdman və Gənclər naziri Levan Kipiani istefasını açıqladı. Bu da hökümətinin yenidən formalaşdırılması zərurətini gündəliyə gətirdi.

Son xəbərlər

Orphus sistemi