Yuxarı
    Bağlamaq

    Gürcüstan parlamenti qanunverici orqanın Tbilisiyə köçürülməsini dəstəkləyib

    Dinlə

    Tbilisi. 6 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti qanunverici orqanın Kutaisidən Tbilisiyə köçürülməsi ilə bağlı reqlamenti üçüncü oxunuşda qəbul edib.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, parlamentin bugünkü iclasında yeni reqlamentin lehinə 77, əleyhinə isə 2 deputat səs verib.

    Yeni reqlamentə əsasən, Gürcüstan parlamentinin yerləşdiyi yer paytaxt Tbilisi müəyyən olunub. Parlamentin sessiyası digər yerdə yalnız Tbilisidəki qanunverici orqan binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

    Parlamentin Kutaisi şəhərindəki binasında regional polis habının yaradılması planlaşdırılır.

    Qeyd edək ki, qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərirdi. 2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi