Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi dəstəkləməyib - YENİLƏNİB

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi dəstəkləməyib - YENİLƏNİB “2020-ci ildə Gürcüstanda parlament seçkiləri 3%-li baryer, blokların iştirakı və qarışıq sistem üzrə keçiriləcək”.
Region
14 Noyabr , 2019 13:36
Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi dəstəkləməyib - YENİLƏNİB

“2020-ci ildə Gürcüstanda parlament seçkiləri 3%-li baryer, blokların iştirakı və qarışıq sistem üzrə keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, qanunverici orqanda səsvermə zamanı proporsional seçki sisteminə keçid yetərli səs toplamayıb.

Spiker qeyd edib ki, gələn il ölkədə parlament seçkiləri proporsional və majoritar sistemlərin tətbiqi ilə baş tutacaq. 


*** 13:27

Gürcüstan parlamentinin bugünkü plenar iclasında proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri üzrə səsvermə keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, yalnız 101 deputat qanun layihəsinin lehinə səs verib.

Dəyişikliklərin qəbul olunması üçün 113 səs tələb olunub.

Parlament çoxluğunun hazırladığı dəyişikliklərə əsasən, 2020-ci ildə parlament seçkiləri proporsional sistem üzrə və sıfır baryeri şəraitində keçiriləcəkdi. Bununla yanaşı, dəyişikliklərlə parlament seçkilərində seçki bloklarının iştirakı mümkün olmayacaq. Lakin layihə parlamentdən keçməyib. 

Xatırladaq ki, proporsional seçki sisteminə keçid bu ilin iyun ayında Tbilisidə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri olub. 

Son xəbərlər

Orphus sistemi