Gürcüstan ordusunun hərbçisi intihar edib

Gürcüstan ordusunun hərbçisi intihar edib Hərbi polis “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıb
Region
27 İyun , 2017 16:37
Gürcüstan ordusunun hərbçisi intihar edib

Bakı. 27 iyun. REPORT.AZ/ Gürcüstan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbçisi intihar edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, 1995-ci ildə doğulmuş, sıravi İ.İ. iyunun 26-da xidmət etdiyi hərbi hissənin ərazisində adına təyin edilən avtomat silahdan kəllə nahiyəsinə atəş açaraq, özünü öldürüb. Yaralı halda xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Tibbi ekspertiza aparıldıqdan sonra onun meyiti ailəsinə təhvil verilib.

Məlumata görə, hərbi polis “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıb.  

Son xəbərlər

Orphus sistemi