Gürcüstan Ordusunda xidmət edən azərbaycanlı hərbçilərə iki günlük istirahət verilib

Gürcüstan Ordusunda xidmət edən azərbaycanlı hərbçilərə iki günlük istirahət verilib Bu, Gürcüstan baş nazirinin təşəbbüsü ilə baş tutub
Region
11 Sentyabr , 2016 18:54
Gürcüstan Ordusunda xidmət edən azərbaycanlı hərbçilərə iki günlük istirahət verilib

Tbilisi. 11 sentyabr. REPORT. AZ/ Qurban bayramı ilə əlaqədar Gürcüstan Ordusunda xidmət edən azərbaycanlılar da daxil olmaqla bütün müsəlman hərbçilərə iki günlük istirahət verilib.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze deyib.

Müfti bildirib ki, Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə orduda İslam dininə etiqad edən hərbçilərin iki gün müddətinə xidmətdən azad edilməsi barədə Müdafiə Nazirliyi qarşısında təşəbbüslə çıxış edib.

“Nazirlik bu təşəbbüsü müsbət qarşılayıb və Gürcüstanın müdafiə nazirinin əmri ilə İslam dininə etiqad edən bütün əsgərlər iki günlüyünə hərbi xidmətdən azad ediliblər”, - deyə Kamaşidze vurğulayıb.

Son xəbərlər

Orphus sistemi