​Gürcüstan neft məhsulları idxalatını azaldıb

​Gürcüstan neft məhsulları idxalatını azaldıb Ötən il Azərbaycandan bu ölkəyə 239,7 min ton yanacaq ixrac edilib
Region
16 Fevral , 2015 10:03
​Gürcüstan neft məhsulları idxalatını azaldıb

Bakı. 16 fevral. REPORT.AZ/ Keçən ilin dekabr ayı ilə müqayisədə 2015-ci ilin yanvarında Gürcüstan neft məhsullarının idxalını 41,6 min ton azaldaraq, 65,3 min tona endirib.

"Report" "rosinvest.com"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan neft məhsulları İdxalatçıları Birliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, bu ilin yanvarında 31,7 min ton benzin, 33,6 min ton qazoyl idxal edilib.

Ötən ilin dekabrında isə ölkəyə 38,4 min ton benzin, 68,5 min ton qazoyl gətirilib.

2014-cü ildə yanacaq idxalatı ölkələr üzrə belə olub: Rumıniya 302,6 min ton - (ümumi yanacaq idxalatının 33,5 %-i), Azərbaycan - 239,7 min ton (26,5%), Bolqarıstan - 139 min ton (15,4%), Yunanıstan - 99,1 min ton (11%), Rusiya - 51,9 min ton (5,7%),Türkiyə - 47,4 min ton (5,2%), İsrail - 23,7 min ton (2,6 faiz) və s.

Son xəbərlər

Orphus sistemi