​Gürcüstan-NATO birgə hərbi təlimi başlayıb

​Gürcüstan-NATO birgə hərbi təlimi başlayıb Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı, ukraynalılar da iştirak edir
Region
4 Aprel , 2016 20:15
​Gürcüstan-NATO birgə hərbi təlimi başlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Vaziani hərbi təlim düşərgəsində NATO-Gürcüstan ilk təlimi başlayıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, birgə hərbi təlim aprelin 14-dək davam edəcək.

Təlimdə Gürcüstan hərbçiləri ilə yanaşı, ukraynalılar da iştirak edir.

Hərbi tədbir Norveçin Beynəlxalq Müdafiə Mərkəzi, NATO-Gürcüstan təlim və qiymətləndirmə mərkəzinin dəstəyi ilə keçirilir.

NATO-Gürcüstan təlim mərkəzi 2015-ci ilin avqustunda açılıb.

Qeyd edək ki, aprelin 4-də Gürcüstanda "NATO həftəliyi" günləri başlayıb.

Son xəbərlər

Orphus sistemi