Gürcüstan müxalifəti payızda hökumətin istefası ilə bağlı aksiyalara başlayacaq

Gürcüstan müxalifəti payızda hökumətin istefası ilə bağlı aksiyalara başlayacaq Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası ilə ümumi “dil tapmaq” mənasızdır
Region
2 Avqust , 2017 21:30
Gürcüstan müxalifəti payızda hökumətin istefası ilə bağlı aksiyalara başlayacaq

Tbilisi, 2 avqust, REPORT.AZ/ “Gürcüstan Vətənpərvərlər Alyansı payızda hökumətin istefası ilə bağlı etiraz aksiyalarına başlamaq niyyətindədir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, belə bir bəyanatla partiyanın lideri, parlamentin vitse-spikeri İrma İnaşvili çıxış edib.

Xanım siyasətçi deyib ki, aksiyalar yerli özünüidarəetmə orqanlarına seçkilərə qədər başlayacaq.

İ.İnaşvilinin sözlərinə görə, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Ppartiyası ilə ümumi “dil tapmaq” mənasızdır.

“ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfəri zamanı keçirilən görüşə alyans üzvlərinin dəvət olunmaması bunu bir daha sübut etdi”- İ. İnaşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi